الواسع
كلمة (الواسع) في اللغة اسم فاعل من الفعل (وَسِعَ يَسَع) والمصدر...
4. Səmud və Ad tayfaları qəlbləri qorxuya salan Qiyaməti yalan saydılar.
6. Ad tayfası isə hədsiz soyuq və şiddətli küləklə yox edildi.
7. Allah onu yeddi gecə, səkkiz gün fasilə vermədən onların üstündə əsdirdi. Sən orada olsaydın, o tayfanı xurma ağacının yıxılmış çürük gövdələri kimi yerə sərilmiş görərdin.
9. Firon da, ondan əvvəlkilər də, alt-üst olmuş kəndlər (Lut qövmü) də günah işlətmişdilər.
10. Onlar öz Rəbbinin elçisinə asi oldular, O da onları şiddəti artan bir əzabla yaxaladı.
11. Su aşıb-daşdıqda Biz sizi üzən gəmidə daşıdıq.
12. Sizə bir xatırlatma olsun və yadda saxlayan qulaqlar onu yadda saxlasın deyə belə etdik.
14. yer və dağlar qaldırılıb bircə dəfə bir-birinə çırpılacağı zaman –
16. Göy yarılacaq və həmin gün o, süst olacaqdır.
17. Mələklər isə onun ətrafında olacaqlar. O gün sənin Rəbbinin Ərşini səkkiz mələk daşıyacaq.
18. O gün siz məhşərə gətiriləcəksiniz və heç bir sirriniz gizlədilməyəcək.
19. Kitabı sağ əlinə verilən deyəcək: “Budur, oxuyun kitabımı!
20. Mən bilirdim ki, etdiklərimin hesabına qovuşacağam”.
24. Onlara: “Keçmiş günlərdə etdiyiniz əməllərə görə nuşcanlıqla yeyin-için!”– deyiləcək.
25. Kitabı sol əlinə verilən kimsə isə deyəcək: “Kaş kitabım mənə verilməyəydi!
32. Onu uzunluğu yetmiş dirsək olan zəncirə vurun!
34. və heç kəsi kasıbı yedirtməyə rəğbətləndirmirdi.
41. O, şair sözü deyil! Necə də az inanırsınız!
42. O, kahin sözü də deyil! Necə də az düşünürsünüz!
44. Əgər Muhəmməd bəzi sözləri özündən uydurub Bizə aid etsəydi,
48. Həqiqətən, bu Quran müttəqilər üçün bir nəsihətdir.
49. Aranızdan Quranı yalan sayanlar olduğunu da bilirik!